28 Aprel 2021 17:23
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

16:53

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılır.

Teleqraf.com xəbər verir ki, bu dəqiqəqlərdə Səbail rayon Məhkəməsində vəsatət araşdırılır.

Yaxın saatlarda məhkəmə qərarını açıqlayacaq.

İttihama görə, aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov saxlanılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər