2 May 2021 13:03
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İB-nin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.

İB-dən Teleqraf.com-a bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb. O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə İB-yə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 2021-ci il martın 11-də qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.

Onun sözlərinə görə bundan sonra da “Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər