Ağdaş rayonunda intihar hadisəsi baş verib. Ağdaş rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1950-ci il təvəllüdlü Rasim Səfərov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq ölüb. Dörd uşaq atası Rasim Səfərovun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov