Ağstafa rayonunda qadının meyidi tapılıb.
Teleqraf.com xəbər verir ki, Köçəskər kənd sakini 1959 cu il təvəllüdlü Çiçək Hüseynovanın cəsədi yaşadığı evdə aşkar olunub.
Hadisə yerinə Ağstafa rayon Polis və Prokurorluğun əməkdaşları cəlb olunub. Qadının boğularaq öldürülməsi ehtimalı var.
İlkin məlumata görə, qadın uzun müddətdir evdə tək yaşayıb. Qadının cəsədini qonşular aşkar edib.
Faktla bağlı araşdırma aparılır.