17 May 2021 08:25
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhd hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

2000-ci il təvəllüdlü Hadiyev Mirzalı Vuqar oğlu bıçaqla özünə xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun sağ qolunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com