Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.
Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
İttihama görə, Müşfiq Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir.
İttihama görə, o, 12 iyun 2014 tarixindən 11 sentyabr 2017 ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, özgə əmlakını ələ keçirməklə külli miqdarda dələduzluq edib.
Qeyd edək ki, Müşfiq Ababsov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub.
Səbail rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.
Bundan sonra onun digər cinayət əməlləri üzə çıxıb.