18 May 2021 22:27
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ata və oğulu avtomobil vurub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Quşçular kəndində baş verib. Müzəffər Salmanov və onun 38 yaşlı oğlu Əsgər Salmanovu avtomobil vurub. Nəticədə ata hadisə yerində keçinib, oğul isə xəstəxanaya yerləşdirilib.

Hazırda Əsgər Salmanovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən qəza hadisəsi "Mercedes' markalı avtomobillə törədilib


Müəllif: Teleqraf.com