1 Noyabr 2014 08:17
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Yasamalda zəncirvari qəza baş verib.

Teleqraf.com-un məlumatına görə, Qədirli və Salatın Əsgərova küçələrinin kəsişməsində Orxan Quliyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil döngəyə daxil olan zaman əvvəlcə dayanıqlı vəziyyətdə olan Aytəkin Sarxanovaya məxsus “KİA”-ya, daha sonra isə Emin Quliyeva məxsus “Mersedes”ə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, “Volkswagen” markalı avtomobilin sürücüsü polisin "dur" əmrinə tabe olmayıb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.


Müəllif: