Bakının Xətai rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Taleh Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim İbrahim İbrahimlinin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Taleh Quliyevin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.