1 Noyabr 2014 09:07
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gecə saatlarında Ağdam rayonunda avtomobil qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Ağdam rayonu, Quzanlı qəsəbəsində baş verib.

Xilasedicilər iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:32-də başa çatıb.


Müəllif: