1 Noyabr 2014 14:47
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Əlisəfa Arif oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş anası - Bakı şəhəri, 3-cü Əhmədli döngəsi, ev 3 ünvanında qeydiyyatda olan vətəndaş Mehriban Vasif qızı Qasımovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Samsung Duos” markalı və əynindəki şalvarın cibindən 1 ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı, 3 ədəd “Cin” və 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Ə.Qasımov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 69.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər