29 May 2021 20:55
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kiloqramdan artıq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər