1 İyun 2021 14:09
2 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda 1998-ci il təvəllüdlü Qaqu yetkinlik yaşına çatmayan Samirə (ad şərti verilib – red.) ilə ailə həyatı qurub.

Teleqraf.com-un xəbərinə görə, Qaqu Balakən rayon Hənifə kəndində yerləşən evinin yataq otağında 2004-cü il təvəllüdlü Samirənin razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olub. Bundan sonra 2020-ci ilin əvvəllərinə kimi onlar mütəmadi cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Qaqunun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Qaqu elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Balakən rayon Hənifə kəndində Samirə və ailə üzvləri ilə birlikdə yaşayır: “Fərdi əməklə, yəni kənd təsərrüfatı işləri ilə məşğul oluram. Həmkəndlim, hal-hazırda həyat yoldaşım olan Samirə ilə aramızda sevgi münasibətləri olub. Samirəyə evlənmək istədiyimi, onun barəsində ciddi fikrim olduğunu bildirdim. 2019-cu ildə Samirə mənə qoşularaq ailəmlə yaşadığım evə gəldi. Məqsədimiz ailə qurmaq, evlənmək olub. Ailə üzvlərimin də bundan xəbəri olub.

Hər iki ailənin üzvləri Samirə ilə gələcəkdə evlənməyimə etiraz etməyib. Amma Samirənin 16 yaşı tamam olmadığına görə ailəsi həmin vaxt ailə qurmağımıza razı deyildi. Buna görə də Samirə ilə həmin il mayın 5-də yaşadığımız Hənifə kəndində yolda görüşdük. Bir az söhbət etdikdən sonra Samirə ilə qaçmağa razılaşdıq”.

Qaqu qeyd edib ki, ertəsi gün Samirə evdən çıxaraq saat 12 radələrində Hənifə kəndində onunla görüşüb və birlikdə evlənmək məqsədilə yaşadığı evə gəlib: “Evdə atam-anam Samirəni hədə-qorxu, yaxud qorxutmaqla gətirib-gətirmədiyimi soruşdular. Samirə öz istəyi ilə evlənmək məqsədi ilə bizə gəldiyini dedi.”.

Qaqunun ifadəsinə görə, iyunun 10-da Samirə ilə Balakən rayon Hənifə kəndində hazırda birlikdə yaşadıqları evdə cinsi əlaqədə olub: “Həmin günə qədər isə onunla cinsi əlaqədə olmamışdım. Ayrı-ayrı otaqlarda yatmışdıq. Samirə cinsi əlaqədə olmağa özü razılıq verdi. Yataq otağında Samirə ilə cinsi əlaqədə oldum, çarpayıda mələfə qana bulaşdı. Samirəyə mələfəni yandıracağımı bildirdim. Səbəb ailə üzvlərimin bunu görməsindən utanmağım olub. Çölə çıxdım, mələfəni yandıraraq geri qayıtdım. Hazırda Samirə ilə ər-arvad kimi birgə yaşayırıq”.

Qaqunun bildirdiyinə görə, ata-anası da onlarla birlikdədir: “Samirə ilə cinsi münasibətdə olduqdan bir müddət sonra hamilə qaldı. Birlikdə yaşadığımız vaxtda 2019-cu ilin dekabrın 31 tarixinədək təxminən 20-25 dəfə cinsi münasibətdə olmuşuq. 2019-cu ilin dekabrın sonlarından yaxınlıq etmədik. Cünki Samirə hamiləliyinə görə narahatçılıq keçirdi.

2020-ci ilin martında Balakən rayon Mərkəzi xəstəxanasına müraciət etdik. Samirənin 36-37 həftəlik hamilə olduğunu bildirdilər. Martın 21-də Balakən rayon mərkəzi xəstəxanasında bir övladımız dünyaya gəldi. Hazırda Samirə ilə ər-arvad olaraq birlikdə yaşayırıq. Evliliyimizdən bir oğul övladımız var”.

Bu cinayət işinə Balakən rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə baxılıb.

Qaqunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti ilə şərti cəza təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər