5 İyun 2021 14:11
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğlumu qətlə yetirən polis əməkdaşının ən sərt şəkildə cəzalandırılmasını tələb edirəm".

Teleqraf.com xəbər verir ki, bunu Vəkil Abdullayevin anası Samirə Abdullayeva deyib.

O, oğlunu ölümcül yaralayan yol polisi müfəttişinin ötən gün azadlığa buraxılmasına etirazını ifadə edib: "Vəkilin heç bir günahı olmayıb. Polis silahla qorxuda, havaya atəş aça bilərdi. Amma oğlumu gicgah nahiyəsindən ölümcül yaralayıb".

Samirə Abdullayeva Rusiyanın hüquq-mühafizə orqanlarını oğlunun qətli ilə bağlı istintaqı şəffaf və ədalətli şəkildə aparmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər