Ağdaş rayonunda koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etməkdə təqsirli bilinən daha iki nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, karantin qaydalarını kobud şəkildə pozmaqda ittiham olunan Anar Əziovun cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən hər iki təqsirli bilinən şəxsin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.