Bakının Binəqədi rayonunda üç nəfərə qarşı xuliqanlıq edən həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 30-da saat 04:30 radələrində, F.Məlikov küçəsi 11-də yerləşən ünvanda Zaur Rzaquliyevə, İmran Qafarova və Fərqanə Məmmədovaya qarşı xuliqanlıqlıq edilib.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini Kamran Mustafayev müəyyən edilib. Kamran Mustafayev həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov