3 Noyabr 2014 12:57
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda başqasının kartından pul çıxarmaqda şübhəli bilinən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sənan Hüseynov tutulub.

Onun bu ilin fevral ayının 10-dan oktyabrın 30-na dək, Bülbül prospekti 5-in qarşısında yerləşən bankomatdan Bakı şəhər sakini Fatimə Səfərovaya məxsus bank kartından hissə-hissə 4401 manatı oğurlamaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: