9 İyun 2021 15:16
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası iyunun 16-da davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev bildirib.

Qeyd edib ki, həmin iclasda cinayət işi üzrə zərərçəkmişlər ifadə verəcək.

***

10:31

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.

Teleqraf.com-un xəbərinə görə, proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Cinayət işi üzrə prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.
Bu gün baş tutan iclasda prokurorun ittiham aktını elan edir.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyunun 2-də keçirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər