Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 3 tona yaxın olan 4800 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.