Kür çayından meyiti tapılmış Sabirabad rayon sakini Aygün İsmayılovanın axtarışda olması müəyyən edilib. Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, aprelin 14-də Sabirabad rayon sakini Aygün İsmayılovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Kür çayının Hacıqabul rayonunun ərazisindən keçən hissəsində tapılıb.
Araşdırmalar zamanı Aygün İsmayılovanın bu il yanvarın 27-dən Sabirabad rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib.
Hacı Zeynalov