3 Noyabr 2014 14:17
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qoşulmaq istəyən Şəki sakininin evindən nələr tapıldı?

Azərbaycanda dələduzluq edərək Suriyaya qaçmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Rahim Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb. Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər