3 Noyabr 2014 14:42
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda güllələnərək qətlə yetirilən şəxsin kimliyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Fəqani Şükürov tərəfindən qətlə yetirilənin Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanov olması müəyyən edilib.

Qeyd edək ki, noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib.

Fəqani Şükürov daha sonra həmin şəxsi yaralı vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Fəqani Şükürov könüllü olaraq Abşeron rayon Polis Şöbəsinə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər