3 Noyabr 2014 14:55
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda ailə münaqişəsi cinayətlə nəticələnib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 3-də qeydə alınıb. Bakı şəhər sakini Xəqani Mirzəli Suraxanı qəsəbəsində yaşayan Asəf Nəbiyevin evində olarkən aralarında baş vermiş münaqişə zəminində itələyərək onu yıxıb və hadisə yerini tərk edib.


Asəf Nəbiyev hadisə yerində ölüb. Asəf Nəbiyev onun keçmiş qayınatası olub.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: