Noyabrın 3-də Avropa Şurasının Azərbaycanla bağlı “2014-2016-cı illər üzrə fəaliyyət planı” çərçivəsində Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin və Penitensiar xidmətinin əməkdaşları ilə seminara start verilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbir beynəlxalq ekspertlərin iştirakı ilə “Cəzaçəkmə müəssisələrində səhiyyə xidməti, tibbi etika” və “Həbsxana idarəçiliyi” mövzularında keçirilir.
Tədbir noyabrın 6-dək davam edəcək.
Hacı Zeynalov