Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Pərviz Əliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, cinayət işi üzrə zərərçəkən şəxs qismində "Azərişıq" ASC tanınıb.
Pərviz Əliyevə 179.4-cü (mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
İş üzrə zərər yarım milyon manatdan çoxdur.