18 İyun 2021 00:26
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir, S.Kazımovun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər".


Müəllif: Teleqraf.com