4 Noyabr 2014 08:28
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolqarıstanda qadın prezident iqamətgahının qarşısında özünü yandırıb. Teleqraf.com-un məlumatına görə, hadisə zamanı binada ölkə başçısı Rosena Plevnelievanın "Vətənpərvərlik cəbhəsi" nümayəndələriylə konsultasiyası keçirilmiş.
Sofiyanın mərkəzində özünü yandıran Bolqarıstan vətəndaşı 38 yaşlı Lidiya Petrovadır. Baş vermiş hadisənin iki versiyası mövcuddur. Onlardan birinə görə, şahidlərin danışdıqları Lidiya maşında prezidentin iqamətgahının binasına yaxınlaşıb və benzini üstünə tökərək özünü yandırıb.
Başqa versiyaya görə, Lidiya taksidə gəlib və özüylə avtomobildən çantanı çıxarıb. Benzinlə üstünə tökməzdən əvvəl, iqamətgahın mühafizəsinə işarə verib və özünü yandırıb.
Şahidlər yanğını söndürməyi bacarıb. Tezliklə hadisə yerinə həkimlər və yanğın söndürənlər gəlib, qadının hazırda vəziyyəti kritik olaraq qiymətləndirilir. Lidiya Petrov "Piroqov" Sofiya xəstəxanasına çatdırılıb. Qadının niyə özünü yandırması hələlik məlum deyil.

Uşaqlara, əsəbi və psixikası zəif olanlara videoçarxa baxmaq məsləhət görülmür.


Müəllif: