21 İyun 2021 23:26
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda güllələnmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlu qohumu tərəfindən güllələnib. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. M. Mirmövsümov cərrahiyyə şöbəsində əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com