Bakının Nəsimi rayonunda kompüter salonundan oğurluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq Qəhrəmanov tutulub. Onun oktyabrın 31-də Kamil Hüseynova məxsus kompüter salonundan 2 ədəd televizor, 2 ədəd oyun kompüteri və disklər oğurlamaqda təqsirli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov