Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Nərimanov meydani, 5 saylı binanın 1-ci mərtəbəsində qeydə alınıb.
Orada təmir işləri aparan fəhlə Şahin Hacıyevi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov