23 İyun 2021 23:55
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında olub. Yerli sakinlərdən biri münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib.

İnsidentin təfərrüatı hələ məlum deyil.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər