24 İyun 2021 01:36
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər