4 Noyabr 2014 12:20
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Razim Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu il fevralın 17-də Sumqayıt şəhəri Sülh küçəsi 29 ünvanında da Razim Həsənov münaqişə zəminində qaynanası Zərnigar Lətifovanı bıçaqlayıb. 53 yaşlı qadın sinə, qarın və qol nahiyyəsindən xəsarət alıb.

Hadisənin baş vermə səbəbinə gəlincə, Razim Həsənov həyat yoldaşı Zeynəb Həsənov ilə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində məsələyə qaynana qarışıb. Münasibətlər gərginləşib və kürəkən qayınanasını bıçaqlayıb. Razim Həsənov qayınanasını söyüş söydüyü üçün vurduğunu deyib.

Razim Həsənov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham edilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən prokuror Razim Həsənovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə son sözlə çıxış edən razim Həsənov bağlanmasını istəyib. İki azyaşlı körpəsini dilə gətirən təqsirləndirilən şəxs ona yüngül cəzanın verilməsini xahiş edib. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin barəsində 5 il müddətinə azadlıqdan məhrum edilmə ilə bağlı hökm açıqlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər