4 Noyabr 2014 13:55
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Camal Abdullayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Xanlar Niyarəliyevi vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Quba rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: