Bakı Ağır Cinayətlər Məhkəməsində tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyev bağ evinin tikilməsi üçün Rövşən Hüseynli ilə müqavilə bağlayıb.
Rövşən Hüseynli rəhbərlik etdiyi fəhlə briqadası ilə həmin ünvanda bağ evinin inşasına başlayıb. Bu ilin avqustun 20-də tikilməkdə olan bağ evinin beton örtüyü uçub. Orada işləyən Sabirabad rayon sakini Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan uçqunun altında qalıb. Hadisə zamanı Emin Hüseynov ölüb, Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rövşən Hüseynlinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi ilə 3 il sınıq müddətinə şərti cəza təyin edilib.
Hacı Zeynalov