Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə təmassız, yəni onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarənin əməkdaşlarının Suraxanı rayonunda həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psrixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.
Baş İdarənin əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı psixotrop tərkibli satışı qadağan olunan həblərin satışı ilə məşğul olan paytaxt sakini Anar Məmmədov saxlanılıb. Onun üzərindən 10 ədəd “Tramadol”, 10 ədəd “Pregabalin”, 9 ədəd “Metadon” həbləri aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Anar Məmmədovun Yasamal rayonunda yerləşən mənzilindən əlavə 680 ədəd “Metadon”, 20 ədəd “Pregabalin”, 80 ədəd “Tramadol”, 40 ədəd əsasən gənclər arasında satılması nəzərdə tutulan “Ekstazi” həbləri, 200 qrama yaxın olduqca təhlükəli psixotrop maddə hesab edilən “Mefedron” və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, Anar Məmmədov ifadəsində əsasən sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyta keçirdiyini və satdığı psixotrop tərkibli həblərin pulunu onlayn yolla qəbul etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışında şübhəli bilinən daha 2 nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıblar. Bu şəxslərin üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitlərin sosial şəbəkələrə satışı zamani nağdsız pul köçürmələrində istifadə etdyi plastik kart aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Başı İdarəsnin əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı əvəllər dəfələrlə məhklum olunmuş Vadim Şəfiyev və Mərahim Şahbazov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 kiloqramdan artıq, o cümlədən 8 kiloqram 90 qram heroin, 2 kiloqram 725 qram tiryək, 1 kiloqram 375 marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən şəxslərlə mübarizə istəqamətində həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəlcə vətəndaş İlqar Bayramov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 7 qrama yaxın çox təhlükəsi narkotik vasitələr qrupuna aid “Kokain”, 117 qram “Bonzai”, 60 qram “Metamfetamin” 1124 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İlqar Bayramova onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Samir Ağayev də saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 632 ədəd “Ekstazi” həbi, 48 qram “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub.
Baş İdarə əməkdaşlarının onlayn yolla narkotik vasitələr satan şəxslərə qarşı paytaxtın Sabunçu rayonunda həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə vətəndaş Raib Hüseynov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 400 qrama yaxın “Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 30 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 4778 ədəd psixotrop tərkibli “Ekstazi”, “Pregabalin”, “Metadon” və “Tramadol” həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə edilməklə əməliyyat tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər.