6 İyul 2021 11:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan daha iki nəfər erməni barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 14-ə təyin edilib.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər