5 Noyabr 2014 09:47
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda üç nəfərin itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən məlumat verilib.

Məlumata görə, rayonun Bakıxanov qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Mürgilə Mirkərimova, 1989-cu il təvəllüdlü Məsbəyim Kərimova və onun oğlu, 2012-ci il təvəllüdlü Nəcəf Kərimli itkin düşüblər.

Onlar bu ilin sentyabrın 6-da evdən çıxıblar və bir daha geri qayıtmayıblar. İtkin düşən şəxslərin ailə üzvləri bu barədə 13-cü polis bölməsinə müraciət ediblər. Hazırda polis itkin düşənlərin tapılması üçün axtarışlara başlayıb.

Hacı Zeynalov


Müəllif: