14 İyul 2021 17:14
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Daha sonra prokuror ittiham nitqi ilə çıxış edib.

O Eduard Dubakovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Onun cəzasını ümumi rejimli cəza çəkməsindən çəkməsini tələb edib. Prokuror Eduard Dubakova təyin olunmuş əsad cəza başa çatdıqdan sonra dərhal Azərbaycan respublikasının hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil deyib ki, Dubakov Ermənistan tərəfindən işğaldan azad olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərdə iştirak etsə də, Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak etməyib. Vəkil bu halların nəzərə alınmasını istəyib. Növbəti proses iyulun 22-də davam edəcək. Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər