Samux rayonunda kafedə bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə Samux rayonunda fəaliyyət göstərən kaferlərin birində baş verib.
Yeniyetmə S.S-ov mübahisə zəminində, 1993-cü il təvəllüdlü Seymur Salmanovu bıçaqlayıb.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə isə hadisə yerindən qaçıb.
Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.