16 İyul 2021 13:06
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib. Vəkillər cinayət işində kobud qanun pozuntularının yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini istəyiblər.

Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması bağlı vəsatət veriblər.

Onlar qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisənin kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevin qətlinin Rövşən Ələkbərovun törətdiyini deyiblər: "Bu səbəbdən onların ifadəsinin sübutlar siyahısından çıxarılması istəyirik".

Rövşən Əkbərovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını barədə də vəsatət veriblər. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb. Bundan sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar.

Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkillərinin vəsatətini təmin etməyiblər.

Bundan başqa zərərçəkmiş tərəfin verdiyi mülki iddianın araşdırılması üçün məhkəmə icraatına götürülməsi barədə qərar qəbul olunub.

Məhkəmə baxışı iyulun 30-a təyin olunub.

***

10:41

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsibdə hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.

Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

Bu gün sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesinə start veriləcək.

Teleqraf.com xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə keçiriləcək.

Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər