17 İyul 2021 09:27
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə qadını zorakılıqla öldürən molla Murad Əsgərovun cinayət işi üzrə ibtaidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nizami Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın yoldaşı Rusiyaya işləməyə gedib.

Qətli törədən Murad Əsgərov isə kənddə molla kimi fəaliyyət göstərib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər