6 Noyabr 2014 10:43
618

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Şamo Yunisov bıçaqlanıb. Bıçaq xəsarəti alan Şamo Yunisov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Keçirilən əməliyyat nəticəsində 17 yaşlı oğlanı öldürən şəxs müəyyən edilərək həbs edilib. Şamo Yunisov həmyaşıdı Fərəc Cabirov tərəfindən bıçaqlandığı məlum olub. O, həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...