25 İyul 2021 14:25
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Hacı Beyləqanski adı ilə tanınan azərbaycanlı Hacıbaba Talıbxanlı Rusiya yeraltı dünyasının lideri Aslan Usoyanın (Ded Xasan) ən yaxın adamı İlqar Əliyevin (Danabaş) qətlinə görə “qanuni oğru” adı alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva ədliyyə xidmətinin polkovniki Aleksey Pişulin açıqlama verib.

Azərbaycanlı “qanuni oğru” İlqar Danabaş 2012-ci il aprelin 29-da Moskvanın mərkəzində, Presnenski Val küçəsində öldürülüb. Olaydan bir il keçməmiş, 2013-cü ilin yanvarında Ded Xasan paytaxtda vurulub. Ded Xasanın dəfn mərasimindən qısa müddət sonra hüquq-mühafizə orqanlarına yeni məlumatlar daxil olmağa başladı. Bu məlumatlar Danabaşın qətlinin açılmasına imkan yaratdı.

“İstintaq 2012-ci ilin dekabrında BƏƏ-də keçirilən “sxodka”da mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin o vaxt 30 yaşında olan Hacıbaba Talıbxanını, yəni Hacı Beyləqanskini “qanuni oğru” kimi taclandırdığını üzə çıxarıb. Lənkəranski nüfuzlu “sxodka”da açıq şəkildə Hacının onun yaxın adamı olduğunu və Danabaşı qətlə yetirdiyi üçün “oğru” adına layiq görüldüyünü söyləyib”, - Puşilin bildirib.

Onun iddiasına görə, Danabaşın ölümündən sonra Hacı Beyləqanski Moskvadakı meyvə-tərəvəz bazarlarını nəzarətə götürüb.

36 yaşlı Beyləqanski 2018-ci il mayın 31-də Moskva Cinayət Axtarış İdarəsi tərəfindən saxlanılıb. İstintaqa görə, o, 2012-ci ilin aprelində Moskvada “qanuni oğru” İlqar Əliyevi tapança ilə vurub.

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər