6 Noyabr 2014 17:38
571

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Hidayət Mustafayev həyətində laqunda ilə taxta kəsərkən ehtiyatsızlığı nəticəsində ayağını kəsib və qanaxmadan ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...