Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Xudat şəhərində qeydə alınıb. Şəhər sakini Saleh Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Məhəmməd Nəbiyevi vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov