6 Noyabr 2014 18:19
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhərində şəhər sakini Yusif Mahmudov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Eldarcan Bağırovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: