7 Noyabr 2014 06:58
533

Oğuzda bu gecə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Bucaq kəndində "ZİL" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsünün sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif:
Загрузка...