Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Mirseyidov Biləsuvar rayonu ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 44 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.