7 Noyabr 2014 14:42
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum şəxs 81 yaşlı kişini qətlə yetirdi

Ağcabədi rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayon sakini, 1932-ci il təvəllüdlü Ənvər Məmmədov yaşadığı evdə naməlum şəxs tərəfindən qətlə yetirilib. 81 yaşlı kişinin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: